Lənkəranda Heydər Əliyev adına mərkəzi meydanı su basıb – FOTObackend

Lənkəranda Heydər Əliyev adına mərkəzi meydanı su basıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda güclü yağışdan sonra Heydər Əliyev adına mərkəzi meydanı su basıb.

Bu barədə İnterpress.az-a yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, hər dəfə yağış yağanda meydan subasmaya məruz qalır.

Çünki ərazidə kanalizasiya sistemləri bərbad vəziyyətə düşüb.

Sakinlər deyir ki, Lənkəran İcra Hakimiyyəti isə uzun illərdir ki, problemlə bağlı heç bir tədbir görmür.