Sankt-Peterburqda lift uşağın qolunu sıxaraq bir neçə mərtəbə yuxarı sürükləyib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Sankt-Peterburq şəhərində azyaşlının az qala ağır xəsarət alması ilə nəticələnəcək dəhşətli lift qəzası baş verib. Liftin qapısı balaca oğlanın əlini sıxaraq onu üçüncü mərtəbəyə qədər sürükləyib.
Məlumata görə, uşaq qapılar bağlanmağa başlayan son anda əlini boşluğa salıb. Barmaqları çöldə qalan uşaqla birlikdə lift kabini yuxarı hərəkət etməyə başlayıb.
Uşağın anası panika içində bütün düymələri, o cümlədən ləğvetmə düyməsini sıxsa da, lifti saxlaya bilməyib. Yalnız üçüncü mərtəbədə dayanan liftin qapıları açılandan sonra uşaq xilas edilib.
Möcüzə nəticəsində uşaq ciddi xəsarət almayıb, onun barmaqlarında sınıq və ya digər ağır travma aşkarlanmayıb.
Xuraman Etibarlı
İnterpress.аz






