Türkiyə kəşfiyyatı İstanbul hava limanında 2000-dən çox partlayıcı qurğu ƏLƏ KEÇİRDİbackend

Türkiyə kəşfiyyatı İstanbul hava limanında 2000-dən çox partlayıcı qurğu ƏLƏ KEÇİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanda “peycer hücumundan” bir neçə gün sonra Türkiyə kəşfiyyatı İstanbul hava limanında 2000-dən çox partlayıcı qurğu ələ keçirib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazır. Türkiyənin kəşfiyyat təşkilatı MİT ötən ilin sentyabrında İstanbul hava limanında 1300 peycer və 710 şarj cihazını Livana göndərilməzdən əvvəl ələ keçirib.

Qeyd olunur ki, bu qurğular İsrailin Hizbullahın rabitə cihazlarının məhv edilməsi əməliyyatı zamanı istifadə edilən eyni marka və modeldə bombalarla doldurulub.

Nəşrin məlumatına görə, MİT 2024-cü il sentyabrın 16-da Honq-Konqdan İstanbula gələn yükün sözügedən əməliyyatdan bir neçə gün sonra, yəni 27 sentyabr 2024-cü ildə Livana göndərilməsinin planlaşdırıldığı barədə kəşfiyyat məlumatı alıb.

Nəticədə üzərində “qida dəyirmanı” yazılan yük açılıb və içərisində bu cihazlar aşkar edilib.

Xuraman Etibarlı

İnterpress.az