Kəskin hava şəraiti işbazların süni qiymət artımı etməsinə fürsət yaradır – ŞƏRHbackend

Kəskin hava şəraiti işbazların süni qiymət artımı etməsinə fürsət yaradır – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havaların əlverişsiz və kəskin soyuqlarla keçməsi məhsullarda qiymət artımına və qıtlığa səbəb ola bilər. Bu da bazarlar. alış-veriş məkanlarında daha tez özünü büruzə verir.

Bəs restoranlarda və şadlıq saraylarında da qiymət artımı gözlənilirmi? Yəni sadə vətəndaşa sərf edəcək qiymətlər ola bilər, yoxsa “ceyran belinə” qalxacaq?

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını qida eksperti İlkin Şirinov cavablandırıb.

O bildirib ki, əlverişsiz hava şəraiti ilə bağlı topdansatış mərkəzlərindəki qiymət artımı işbazların süni qiymət artımına fürsət yaradır.

“Havaların soyuması və yagıntıların olması səbəbindən kənd təsərrüfatı məhsullarında qiymət artımı müşahidə oluna bilər.

Belə ki, yagıntıların düşməsi tərəvəz sahələrinə ciddi ziyan vurur. Həmçinin tərəvəz yıgılması çətinləşir. Bu da öz növbəsində topdansatış mərkəzlərində özünü qiymət artımı ilə göstərir.

Bu vəziyyətdən istifadə edən işbazlar süni qiymət artımı edərək pərakəndə satış obyektlərində də qiymət artımına səbəb olurlar.

Həmçinin qiymət artımının qarşısını almaq üçün satış nümayəndəsinin birbaşa fermerlə əlaqə qurması işin xeyrinə olar. Çünki belə oldugu halda arada dəllal deyil, fermer və topdansatış nümayəndəsi birbaşa təmasda olur”, – ekspert vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az