HƏMAS: Davam edən müharibə fonunda atəşkəs danışıqları mənasızdırbackend

HƏMAS: Davam edən müharibə fonunda atəşkəs danışıqları mənasızdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS “davam edən müharibə fonunda” atəşkəs danışıqlarının mənasını görmür.

İnterpress.az xəbər verir ki, bu barədə HƏMAS Siyasi Büro üzvü Naim deyib.

“İsrail işğalçıları ilə dolayı danışıqların heç bir mənası yoxdur. İsrail işğalçılarının Qəzza zolağında Fələstin xalqına qarşı apardıqları aclıq müharibəsi və məhvetmə müharibəsi fonunda hər hansı yeni atəşkəs təkliflərini nəzərdən keçirməyin mənası yoxdur”, – Naim bildirib.

O, beynəlxalq ictimaiyyəti anklavda döyüşləri dayandırmaq üçün İsrail hökumətinə təzyiq göstərməyə çağırıb.

Bu bəyanat İsrailin Qəzza zolağında əməliyyatlarını genişləndirmək və anklavı tam nəzarətə götürmək planlarını təsdiqlədiyi vaxt verilib.

Xuraman Etibarlı

İnterpress.az