Macarıstan klubunun prezidenti və baş məşqçisi millimizin oyunçusunu təriflədi – FOTObackend

Macarıstan klubunun prezidenti və baş məşqçisi millimizin oyunçusunu təriflədi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin voleybolçusu Katerina Jidkova Macarıstanın “Svitelski-Bekeşçaba” klubuna transfer olunub.

Bu barədə Bekeşçaba şəhərinin rəsmi saytı məlumat yayıb. Milliləşdirilmiş ukraynalı oyunçu ilə mövsümün sonunadək müqavilə bağlanıb.

 

Klubun baş məşqçisi Qabor Tot açıqlamasında cümə günündən komanda ilə məşqlərə qoşulan 31 yaşlı Jidkovanı tərifləyib:

“Katerinanın gəlişi gündəlik məşqlərimdə mənə çox böyük kömək edir. Onun daha yaxşı formada olması üçün hələ vaxta ehtiyac var. Gəlişi ilə nə dərəcədə gücləndiyimizi daha sonra biləcəyik”.

“Bekeşçaba”nın prezidenti Adam Baran isə bu transfer üçün sevindiyini bildirib:

“Katerina Jidkovanın adı əvvəlki illərdə də transfer siyahımızda olub. Çox sevinirəm ki, nəhayət bu keçidi reallaşdıra bildik. O, əhəmiyyətli dərəcədə təcrübəyə və nəticələrə sahibdir. Həmişə komanda yoldaşları möhtəşəm oyunçular olub. Əminəm ki, hədəflərimizə çatmağa kömək edəcək”.

Qeyd edək ki, Katerina Jidkovanın son klubu Yunanıstanın AEK komandası olub. İdmançının transferi Macarıstan klubuna pulsuz başa gəlib.

 

İnterpress.az