Macarıstan üç qitədə çirkli pulların yuyulmasına görə beş nəfəri həbs edibbackend

Macarıstan üç qitədə çirkli pulların yuyulmasına görə beş nəfəri həbs edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın hüquq-mühafizə orqanları çirkli pulların yuyulması və sənəd saxtakarlığı ilə məşğul olan cinayətkar qrupun fəaliyyətini dayandırıb.

Bu barədə əməliyyata dəstək verən Avropa Polis İdarəsindən məlumat verilib.

Reyd zamanı 24 evdə axtarış aparılıb, 5 nəfər həbs edilib, daha 16 nəfər isə dindirilmək üçün saxlanılıb. Avstraliyada, Avropa və Cənubi Amerikanın 31 ölkəsində dəbdəbəli avtomobil, külli miqdarda elektron avadanlıq, mobil telefonlar və SİM kartlar, məlumat saxlama cihazları, kredit kartları, silah və sursatlar, zinət əşyaları və müxtəlif valyutalarda nağd pul da daxil olmaqla aktivlərə həbs qoyulub.

İstintaqın göstərdiyi kimi, qrup üzvləri heç bir iqtisadi fəaliyyətlə məşğul olmayan bir sıra şirkətlər yaradıb və cinayət yolu ilə əldə edilmiş pulların yuyulması üçün bu şirkətlərin adından çoxlu bank hesabları açıblar. Qrup ən azı 2020-ci ilin sentyabrından bəri qeyri-qanuni fəaliyyətlə məşğul olub və ən azı 44 milyon avronu yuyub.

Ümumilikdə qrupa 10-u təşkilatçı, qalan 34-ü isə vasitəçi olmaqla 44 nəfər daxil olub.