Mağazada satıcıya qarşı quldurluq edən şəxs saxlanılıbbackend

Mağazada satıcıya qarşı quldurluq edən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda quldurluq edən şəxs saxlanılıb.

Bu barədə İnterpress.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı S.Həmidov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.