Mağazalarda satılan günəbaxan tumlarında təhlükəli ZƏHƏR AŞKARLANDI – FOTObackend

Mağazalarda satılan günəbaxan tumlarında təhlükəli ZƏHƏR AŞKARLANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada mağazalarda satılan günəbaxan tumlarında təhlükəli zəhər aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Sankt-Peterburqdakı mağazalarda satılan günəbaxan tumlarında təhlükəli zəhər aşkarlanıb.

Söhbət “Babkinı semiçki”, “365 dney”, “Ot atamana”, “Krasnaya çena”, Smakky, “Moya çena” və “Molodyojnıye”dən gedir. İctimai Nəzarət təşkilatının mütəxəssisləri hər bir paketdə kadmiumu müəyyən ediblər.

Bu, bədəndə toplana bilən ən zəhərli ağır metallardan biridir. Eyni zamanda, bunu çox tez edir, lakin üzə çıxması olduqca uzun vaxt tələb edir – 10 ildən 30 ilə qədər.

Maddə hipertoniya və anemiyaya səbəb ola bilər, həmçinin xərçəngin inkişafına kömək edir.

Xuraman Etibarlı

İnterpress.az