“Mahnılarımı hər kəsin dinləyə bilməsi məni qorxudur”backend

“Mahnılarımı hər kəsin dinləyə bilməsi məni qorxudur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı müğənni Billi Ayliş “Happier Than Ever” ikinci studiya albomunu buraxıb.

Bu barədə “Meduza” xəbər verib.

Disk 16 musiqidən, o cümlədən artıq məşhurlaşmış “My Future”, “Therefore I Am”, “Your Power”, “Lost Cause” və NDA ifalarından ibarətdir. Albom bütün striminq xidmətlərində mövcuddur.

Albomun yayımlanmasını “Instagram” səhifəsindən elan edən Billi Ayliş “Happier Than Ever” musiqisilə yaşadığı “ən dolğun və ən dərin təcrübə” olaraq xarakterizə edib.