Malayziya hakimiyyəti on il əvvəl müəmmalı şəkildə yoxa çıxan MH370 reysinin axtarışı üçün yeni missiyanı təsdiqləyib.
İnterpress.az xəbər verir ki, “Ocean Infinity” axtarışı bərpa etməyi təklif edib. Malayziyanın nəqliyyat naziri ayrıca qeyd edib ki, təyyarə tapılmasa, axtarış sistemlərinə pul ödənilməyəcək.
Xatırladaq ki, Boeing 777 2014-cü il martın 8-nə keçən gecə yoxa çıxıb.
Təyyarənin göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olub. Uçuşla nə baş verdiyi hələ müəyyən edilməyib.
Xuraman Etibarlı
İnterpress.az