Məktəbdə QANLI HADİSƏ: Şagird qiymət üstündə müəllimini BIÇAQLADI – FOTO/VİDEObackend

Məktəbdə QANLI HADİSƏ: Şagird qiymət üstündə müəllimini BIÇAQLADI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda 15 yaşlı şagird müəllimini bıçaqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Qiymətini düzəltmək üçün gələn yeniyetmə pedaqoqa arxadan hücum edib.

Hadisə Rusiyanın Sankt-Peterburq şəhərində baş verib. 15 yaşlı Artemi yoxlama işini yenidən yazmaq və qiymətini düzəltmək bəhanəsi ilə 29 yaşlı müəllimi Mariyanın yanına gəlib.

Müəllim arxasını çevirən zaman şagird ona bıçaqla xəsarət yetirib.

Uşaqlar məktəbin idman zalında kilidləniblər. Onlar bıçaqla aqressiv yeniyetmədən təcrid olunublar.

Media xəbərlərinə görə, 15 yaşlı hücumçu iki şagirdi və 29 yaşlı riyaziyyat müəllimini yaralayıb.

Təcili yardım maşınları və polis 191 nömrəli məktəbə axışıb.

Məlumata görə, hücum edən məktəblinin anası da tarix müəllimidir. Riyaziyyatla bağlı problemləri olan şagird üçün anası həmkarından oğlu ilə əlavə məşğul olmasını xahiş edibmiş.

Xuraman Etibarlı

İnterpress.az