Larisa Dolina bu gün mənzili təhvil verməyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Xalq artisti yalnız yanvarın 9-da köçəcəyini bildirib.
Məlumata görə, məşhur müğənni Larisa Dolina yanvarın 5-də mənzili alıcı Polina Luryeyə təhvil verməkdən imtina edib. Sənətçi qarşı tərəfdən köçmək üçün yeni vaxt istəyib.
Alıcının vəkili bildirib ki, müğənni mənzili yalnız yanvarın 9-da boşaltmağa hazır olduğunu bəyan edib.
Xatırladaq ki, dekabrın sonunda məhkəmə müğənninin mənzili tərk etməsi barədə qərar çıxarıb. Onun evi könüllü şəkildə tərk etməsi üçün beş iş günü vaxtı var idi.
Polina Luryenin vəkili qeyd edib ki, əslində Dolina qərar çıxarılan gün mənzili tərk etməli idi, lakin yeni sahib məsələni “sakitliklə” həll etmək istədiyi üçün güzəştə gedib.
Xuraman Etibarlı
İnterpress.az






