Mərkəzi Bankın yeni sədri işə başladıbackend

Mərkəzi Bankın yeni sədri işə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilən Taleh Kazımov kollektivə təqdim olunub.

İnterpress.az xəbər verir ki, yeni AMB sədrini kollektivə Prezidentin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov təqdim edib.

Qeyd edək ki, buna qədər Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov olub.(unikal)