Milli Məclis Sədrinin müavini 700 bal toplayan gənclərlə görüşübbackend

Milli Məclis Sədrinin müavini 700 bal toplayan gənclərlə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki,Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev bu ilki qəbul imtahanında ən yüksən nəticə göstərərək 700 bal toplamış gəncləri qəbul edib.

Qəbul zamanı Sədr müavini ölkəmizdə bütün sahələrdə dinamik inkişafın müşahidə olunduğunu, o cümlədən təhsil sistemində nəzərə çarpacaq müsbət dəyişikliklərin olmasını, bu tendensiyaların hazırda da uğurla davam etdiyini bildirib.

Adil Əliyev vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində nəzərdə tutulan işlər uğurla yerinə yetirilir. Belə ki, hazırda ali təhsil sahəsində ikili diplom proqramları icra edilir və həmin proqramların tərkib hissəsi olaraq gənclərimizin xarici ölkələrdə təhsillərini davam etdirməsi məqsədi ilə lazımi şərait yaradılır. O bildirib ki, həyata keçirilən islahatların ana xəttində insan kapitalının inkişafı mühüm yer tutur. Bu baxımdan ölkənin gələcək tərəqqisinin məhz savadlı, vətənpərvər gənclərin əlində olduğunu əminliklə bildirib. Adil Əliyev gənclərə milli-mənəvi dəyərlərimizə bağlı, layiqli vətəndaş olaraq yetişmələrini, təhsildə qazandıqları uğurların ardıcıl olmasını arzulayıb.

Qəbulda imtahanda ən yüksək – 700 bal toplamış Əziz Kərimli və Hüseyn Abdullayev səmimi söhbətə görə öz minnətdarlıqlarını bildiriblər. Tələbələr qazandıqları uğurları mütəmadi olaraq dərslərə ciddi hazırlaşmaqlarında gördüklərini deyəkər, artıq gələcəkdə sahib olmaq istədikləri ixtisasları seçdiklərini qeyd ediblər.

Adil Əliyev bir daha gənclərimizi təbrik edərək, onlara təhsildə uğurlar arzulayıb. Milli Məclisin Gənclər və idman komitəsinin gənclərin fəaliyyətini daim yaxından izlədiyini, gələcəkdə də onlarla əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.

İnterpress.az