Milli Məclisdə Türkiyə nümayəndə heyyəti ilə görüş keçirildibackend

Milli Məclisdə Türkiyə nümayəndə heyyəti ilə görüş keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən 24 may 2021-ci il tarixində Milli Məclisin inzibati binasında “EkoAvrasya” Avrasiya İqtisadi Əməkdaşlıq Cəmiyyətinin sədri Hikmet Erenin başçılığı altında nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə deputat Ramil Həsən Hikmet Ereni və heyəti salamlayaraq iki qardaş dövlətin birliyi,  Azərbaycan və Türkiyə parlamentləri arasındakı mövcud əlaqələr, qeyri-hökumət sektoru, siyasi partiyalar, media qurumları və digər strukturlar arasındakı fəaliyyət və bu istiqamətdə atılan uğurlu addımlardan danışmışdır. Qarabağ Savaşında Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan əsgərinin oynamış olduğu misilsiz rol və bu tarixi proseslərdə qardaş Türkiyə dövlətinin və xalqının Azərbaycanın yanında var olması ilə bağlı fikirlərini ifadə etmiş və eyni millətin övladları olan insanların bir-birilərinə vermiş olduğu dəstəyə görə bir daha dərin təşəkkürlərini qonaqlara ifadə etmişdir. Daha sonra “Azərbaycan-Türkiyə Gönül Elçiləri”  layihəsi çərçivəsində vətənimizdə olan “EkoAvrasya” Avrasiya İqtisadi Əməkdaşlıq Cəmiyyətinin sədri Hikmet Eren də öz növbəsində Ramil bəyə səmimi qəbul üçün təşəkkür etmiş, ikili əməkdaşlıqlar daxilində görülən işlər, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Dövlətlərın Parlament Assambleyası kimi Türk dövlətlərini bir araya gətirən bir çox beynəlxalq təşkilatların var olmasından məmnuniyyət duyduqlarını ifadə etmişdir. O, Türk dövlətlərinin qarşılıqlı fəaliyyəti istiqamətində həm parlamentarilərin, həm diplomatların, o cümlədən ictimai-siyasi xadimlərin və təşkilatların aktiv əməkdaşlığının çox önəmli olduğunu xüsusi şəkildə vurğulamış, gələcək fəaliyyətlərdə Azərbaycanın tanıtımı, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin inkişafı ilə bağlı təşkilat olaraq əllərindən gələn hərtərəfli dəstəyi verməyə hazır olduqlarını bildirmiş, görüşə görə Ramil bəyə təşəkkür etmişdir. Eyni zamanda görüşdə deputat Ramil Həsənin təşəbbüsü ilə yaradılan “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində qardaş Türkiyədən Azərbaycana 1900-ə yaxın Şəhid və qazi ailələrini əhatə edən yardım barədə geniş məlumat verildi və qərara gəlindi ki, Qurban bayramı və qarşıdan gələn aylarda cəmiyyətin təşəbbüsü ilə platforma çərçivəsində qazi və şəhid ailələrimizə yeni bir dəstək kampaniyası həyata keçirilsin.

Sonda “EkoAvrasya” Avrasiya İqtisadi Əməkdaşlıq Cəmiyyəti tərəfindən Ramil bəyə Azərbaycan-Türkiyə münasibətlərində oynamış olduğu aktiv fəaliyyətə görə diplom təqdim edilmişdir.

Onu da qeyd edək ki, görüşdə xüsusi qonaq qismində Milli Məclisin deputatı hörmətli Arzu Nağıyev də iştirak etmişdir.

 

       İnterpress.az