Milli Məclisin deputatı övladlarının təhsili üçün ildə 300 min dollar pul xərcləyir — ŞOK İDDİAbackend

Milli Məclisin deputatı övladlarının təhsili üçün ildə 300 min dollar pul xərcləyir — ŞOK İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dubayda Amerikan Universiteti adlanan özəl ali məktəb var. Varlı ərəblərdən biri açıb, prestij üçün Amerikadan da bir neçə müəllim də dəvət edib. Birləşmiş Ərəb Əmirliklərində reytinqinə görə 8-ci, dünyada 4064-cü sırada dayanır. İndi bu universitet də dəb olub, bizim bir çox məmurlar öz savadsız uşaqlarını diplom dalınca ora göndərirlər, illik 85.000-90.000 dirhəm (23 min dollardan artıq) təhsil haqqı ödəyirlər. Üstəlik yaşama və yemək xərcləri… Xeyli məmur uşaqları orda təhsil alıb və alır”.

İnterpress.az-ın Demokrat.az-a istinadən verdiyi xəbərə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.

“Halbuki bizim doğma Bakı Dövlət Universiteti ondan irəlidə – 3945-ci sırada dayanır, yəni daha reytinqlidir. Biri elə deputat Rüfət Quliyev, iki oğlunu bu məktəbdə oxutmaq üçün ən azı 250-300 min dollar pul xərcləyib” – C.Həsənli qeyd edib.

 

İnterpress.az