Millimiz İrlandiyaya qarşı: Start heyətləri açıqlandı – YENİLƏNİRbackend

Millimiz İrlandiyaya qarşı: Start heyətləri açıqlandı – YENİLƏNİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacaq Azərbaycan və İrlandiya milli komandalarının start heyətəri açıqlanıb.

Bakıda baş tutacaq oyunda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev, 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 17. Toral Bayramov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç

Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rəhim Sadıxov.

Baş məşqçi: Canni De Byazi

İrlandiya: 1. Gevin Bazunu, 2. Mett Doerti, 4. Şeyn Daffi, 5. Con İqan, 6. Joş Kullen 7. Kallum Robinson, 9. Adam İdah, 11. Ceyms Makkleyn, 13. Ceff Hendrik, 15. Deril Horqan, 22. Endryu Omobamidele

Ehtiyat oyunçular: 16. Kuivin Kelleher, 23. Mark Travers, 3. Enda Stivens, 8. Konor Hurihan, 10. Troy Perrot, 12. Neytan Kollinz, 13. Sayrus Kristi, 17. Harri Arter, 18. Ceymi Makqrat, 19. Ceyms Kollinz, 20. Çidozi Oqbene, 21. Aron Konnolli

Baş məşqçi: Stiven Kenni

Görüş saat 20:00-da start götürəcək.

10:31

Bu gün Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə görüşəcək.

Seçmə mərhələdə qələbə üzünə həsrət qalan Canni De Byazinin yetirmələri ilk uğurunu qazanmaq üçün meydana çıxacaq. Bakı Olimpiya Stadionundakı görüşə qədər 5 oyunda 1 xal toplayan milli son sıranı tərk etmək üçün mütləq qalib gəlməlidir.

Dublində ötən ay keçirilmiş görüş 1:1 hesabı ilə başa çatıb. Tərəflər indi münasibətlərini Bakı Olimpiya Stadionunda aydınlaşdırmağa çalışacaq.

DÇ-2022-nin seçmə mərhələsi
Avropa zonası, A qrupu
VII tur, 9 oktyabr
20:00. Azərbaycan – İrlandiya

Baş hakim: Espen Eskas (Norveç)
Bakı Olimpiya Stadionu

1 Portuqaliya 5 4 1 0 11-4 13
2 Serbiya 5 3 2 0 12-7 11
3 Lüksemburq 4 2 0 2 5-8 6
4 İrlandiya 5 0 2 3 5-8 2
5 Azərbaycan 5 0 1 4 3-9 1

Qrupun digər görüşündə Lüksemburq öz meydanında Serbiya ilə qarşılaşacaq. Qrup lideri Portuqaliya isə yoldaşlıq oyununda Qətəri qəbul edəcək. Serblər qalib gəlsə, qrup liderliyi dəyişəcək.