Millimiz yunanlarla qarşılaşacaqbackend

Millimiz yunanlarla qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində qrupda son oyununu keçirəcək.
Beləliklə 3-cü qrupda mübarizə aparan Joze Alesio Da Silvanın baş məşqçi olduğu komandamız Bakıda Yunanıstan yığması ilə qarşılaşacaq.
Milli komanda beş oyundan sonra 13 xalla qrup liderliyini və final mərhələsinə vəsiqəni təmin etdiyindən, bu oyun millimiz üçün formal xarakter daşıyacaq.
Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup
19:00 Azərbaycan – Yunanıstan
Hakimlər: Yaroslav Vovçuk, Yevgeni Qordiyenko (hər ikisi Ukrayna)
Bakı İdman Sarayı
Qeyd edək ki, dünən 3-cü qrupda baş tutmuş qarşılaşmada Moldovanı 4:0 hesabı ilə məğlub edən Slovakiya yığması 11 xalla 2-ci yerin sahibi kimi final mərhələsinə adlayıb.

 

 

İnterpress.az