Qahirə Qəzzada sakitliyi bərpa etmək üçün bütün tərəflərlə intensiv məsləhətləşmələr aparır.
İnterpress.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Belə ki, Misir hakimiyyəti HƏMAS ilə İsrail nümayəndələri arasında Qəzza zolağında vəziyyətin nizamlanması üzrə vasitəsiz danışıqları bərpa etmək üçün bütün tərəflərlə işləyir.
Qahirə atəşkəs üzrə dialoqun bərpası və İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə girovların dəyişdirilməsi üzrə səyləri davam etdirir.
Bundan əvvəl Parisdə İsrail kəşfiyyat xidmətinin rəhbəri David Barnea, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin iştirakı ilə keçirilən görüşdə atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqların bərpası imkanları müzakirə edilib. Bununla belə, dialoqun yeni raundunun başlama vaxtı müəyyən edilməyib.