Moskva Paşinyanın “göz yaşlarına” inanmır və sübut tələb edir – “Hraparak”backend

Moskva Paşinyanın “göz yaşlarına” inanmır və sübut tələb edir – “Hraparak”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Paşinyanın “göz yaşlarına” inanmır və sübut tələb edir.

İnterpress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Ermənistanın hakim “Mülki müqavilə” partiyasındakı mənbələrə istinadən yazıb.

Rusiya hakimiyyəti Ermənistanın baş naziri Nikol Paşinyandan Moskva ilə münasibətləri yaxşılaşdırmaq istəyi ilə bağlı “fakt və sübut” gözləyir.

Rusiya Federasiya Şurasının sədri Matviyenkonun İrəvana səfərinin iyun ayına (səfər fevralda gözlənilirdi) təxirə salınmasının əsas səbəbi də bu olub.

Qeyd olunur ki, Rusiya Federasiyası artıq Ermənistanın baş nazirinin “göz yaşlarına” inanmır və konkret sübutlar tələb edir:

“Ermənistan hakimiyyətinə Avropa referendumunun layihəsini (ölkənin Aİ-yə daxil olması ilə bağlı) ləğv etmək tələb olunub, bu, ikinci oxunuşun təxirə salınması ilə bağlıdır və ola bilsin ki, tamamilə ləğv olunsun”.

Qeyd edək ki, bir müddət əvvəl erməni mediası Ermənistanın dövlət qurumlarına Rusiya ilə əlaqələri gücləndirmək barədə göstəriş verildiyini yazıb.

Daha sonra ölkə parlamentinin spikeri Simonyan bu xəbərləri təkzib edərək qeyd edib ki, Ermənistan hökumət nümayəndələrinin Moskvaya səfərində heç vaxt problem olmayıb.

Xuraman Etibarlı

İnterpress.az