Moskvada erməni qız məktəbdə BANDA YARATDI – Uşaqları diz çökdürərək DÖYDÜ – VİDEObackend

Moskvada erməni qız məktəbdə BANDA YARATDI – Uşaqları diz çökdürərək DÖYDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada erməni qız həmyaşıdını diz çökdürərək döyüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məktəbli qız yaratdığı dəstə ilə uşaqları qorxu altında saxlayıb, video yayıldıqdan sonra isə üzr istəməyə məcbur olub.

Belə ki, Moskvada əslən Ermənistandan olan azyaşlı Kamilla Karapetyan yerli qızlardan birini diz çökdürərək ona fiziki zorakılıq göstərib.

Məlumata görə, Kamilla daha zəif uşaqları qorxutmaq və incitmək məqsədilə çoxmillətli dəstə (banda) təşkil edib. Bildirilir ki, bu, onun törətdiyi ilk belə hadisə deyil.

Hadisə zamanı o, qurbanını hədələyərək deyib: “Şəcərəmə and olsun, əgər bu barədə kimsə xəbər tutsa, dostlarım səni tapacaq”.

Qeyd olunur ki, Karapetyan Moskvadakı 2065 nömrəli məktəbdə təhsil alır. O, bu videonun məktəb rəhbərliyinə və valideynlərinə çatmasını istəməsə də, görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

Hadisə ictimailəşdikdən və geniş rezonans doğurduqdan sonra zorakılıq edən qız üzr istəməyə başlayıb.

Xuraman Etibarlı

İnterpress.az