Moskvada Ermənistan səfirliyi qarşısında Paşinyana qarşı ETİRAZ – VİDEObackend

Moskvada Ermənistan səfirliyi qarşısında Paşinyana qarşı ETİRAZ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 300-ə yaxın şəxs İrəvandan kilsəyə hücumları dayandırmağı və siyasi məhbusları azad etməyi tələb edib.

Məlumata əsasən, Moskvada Ermənistan səfirliyinin qarşısında kütləvi etiraz aksiyası keçirilib. 300-ə yaxın iştirakçı, o cümlədən Ukraynada müharibədə döyüşənlər “Kilsəni parçalayanlara və xainlərə ar olsun” şüarları səsləndiriblər.

Aksiya iştirakçıları baş nazir Nikol Paşinyandan Erməni Apostol Kilsəsinə (EAK) qarşı hücumları dayandırmağı və siyasi məhbusları azad etməyi tələb ediblər.

Paytaxt hakimiyyəti ilə razılaşdırılmamış aksiyanın təşkilatçısı “Nuhun varisləri” hərəkatıdır. Onlar ruhanilərə qarşı təqiblərdən qəzəbləndiklərini bildiriblər.

Etirazçılar həbs olunan dörd din xadimi, o cümlədən arxiyepiskop Arşak Xaçatryan və iş adamı Samvel Karapetyanın azadlığa buraxılmasını tələb ediblər.

Xuraman Etibarlı

İnterpress.az