Müsəlmanlar üçün halal pelmenilərdə donuz əti aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rosselxoznadzor məumat yayıb.
Bildirilir ki, Omsk vilayəti üzrə Rosselxoznadzor “Musulmanskiye” və “Slivoçnıye malışki” pelmenilərində bir sıra pozuntular aşkar edib.
Məhsullarda müsəlmanların dini qaydalarını pozan bəyan edilməmiş donuz əti və soya DNT-si aşkar edilib.
Müəssisələrdə məhsulların saxlanması zamanı temperatur pozuntuları da aşkar edilib.
Xuraman Etibarlı
İnterpress.az