Mustafa Şentop Şuşaya gedəcəkbackend

Mustafa Şentop Şuşaya gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 27-də Bakıda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü keçiriləcək. Bu haqda Türkiyənin rəsmi “Anadolu” agentliyi bildirir. Bu, üç ölkənin parlament sədrlərinin üçlü formatda keçirilən ilk görüşü olacaq. Görüşün yekununda Bakı Bəyannaməsi imzalanacaq.

Agentlik onu da xəbər verir ki, parlament sədrlərinin üçtərəfli görüşündə iştirak etmək üçün  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sabah Azərbaycana səfər edəcək. Üçtərəfli görüşün ardınca, iyulun 28-də TBMM sədrinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü də nəzərdə tutulub.

M.Şentopun Bakıda türk iş adamlarını və qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul edəcəyi, Şuşa və Füzuliyə  səfər etdikdən sonra iyulun 29-a Türkiyəyə dönəcəyi bildirilir.