Myanmada zəlzələdə həlak olanlar ANILDI – VİDEObackend

Myanmada zəlzələdə həlak olanlar ANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Myanmada zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, Myanmada zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkə daxilində bayraqlar endirilib və nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, Myanmada zəlzələ qurbanlarının sayı 2,7 mini ötüb.

Martın 28-də Myanmada baş vermiş 7,7 və 6,4 maqnitudalı iki güclü zəlzələ böyük dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub.

Təkanların episentri ölkənin paytaxtı Neypyidonun şimalında yerləşən Saqayn inzibati dairəsindən təxminən 16 kilometr şimal-qərbdə, zəlzələnin ocağı isə 10 km dərinlikdə yerləşib.

Xuraman Etibarlı

İnterpress.az