NATO-nun Almaniyada Ukraynaya silah tədarükünün koordinasiyası üzrə komandanlığı işə başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte məlumat verib. Rutte Almaniyanın Visbaden şəhərində alyansın Ukraynaya silah tədarükünün koordinasiyası üzrə komandanlığının işinə başladığını elan edib.
O, həmçinin Aİ və NATO ölkələrini “Rusiya Federasiyasına kömək etmək üçün deyil, Ukraynaya hərbi təchizatın təmin edilməsinə diqqət yetirmək üçün sülh danışıqlarını daha az müzakirə etməyə” çağırıb.
Visbadendəki NATO komandanlığı ABŞ-nin Ukraynaya silah tədarükünü koordinasiya etdiyi Ramşteyn formatını əvəz etməlidir. Bu barədə qərar alyansın bu ilin iyulunda Vaşinqtonda keçirilən sammitində qəbul edilib.
Xuraman Etibarlı
İnterpress.az