Bu ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 132,1 milyon manatdan çox olub.
Bu barədə İnterpress.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 milyon manat və ya 12,2 % çoxdur.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 21,3 % artaraq 39,9 milyon manat təşkil edib.
Bu ilin 11 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 % artaraq 3,5 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 21,9 milyon manatdan çox olmaqla, ötən ilin eyni dövrünə nisbətən 5,8 % artıb.