Nazarbayev: “Türk Şurasının gələcək inkişafı ilə bağlı sənəd qəbul etməliyik”backend

Nazarbayev: “Türk Şurasının gələcək inkişafı ilə bağlı sənəd qəbul etməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Türk Şurasının gələcək inkişafı ilə bağlı sənəd qəbul etməliyik. Bakıda keçirilən zirvədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının statusunu təşkilat səviyyəsinə qaldırmağı təklif etmişdim”.

Qazaxıstanın birinci prezidenti – Elbaşı Nursultan Nazarbayev Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında deyib.

Onun fikrincə, humanitar və mədəni inkişafla yanaşı, dövlətlər bir-birindən bir çox şey öyrənə bilərlər: “Latın əlifbasının istifadəsi bizə gənclərimizin qlobal səviyyədə inkişafına töhfə verə biləcəyimiz ümumi sistem qazandırır. Bir-birimizlə əlaqəli şəkildə inkişaf etməliyik”.

N.Nazarbayev vurğulayıb ki, Türk Şurasına üzv dövlətlər qarşılıqlı ticarəti inkişaf etdirməli və investisiyaların cəlb edilməsi üzərində çalışmalıdırlar.

 

BÜNYAMİN BÜNYADZADƏ

İnterpress.az