Azərbaycanda nəqliyyatla bağlı müxtəlif şəxslər 13 layihə təqdim etsə də, onlar rəqəmsal əkizdə uğurlu olmadığına görə tətbiq olunmayıb.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmələrdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
“Ötən il problemlərin həlli istiqamətində qanunvericilik aktları hazırlanıb. Onların bəziləri tətbiq edilir. Nəqliyyat sahəsindəki problemlərin həlli ilə bağlı ən mühüm sistem rəqəmsal əkizdir. Bütün qabaqcıl şəhərlərdə bu sistem uğurlu olduğunu göstərib”, – deyə o qeyd edib.