Biz İsrailin quru əməliyyatına hazırıq.
İnterpress.az xəbər verir ki, bunu Hizbullah liderinin müavini Nəim Kassim deyib.
“Müqavimət qüvvələri sionist rejimin quru işğalına müqavimət göstərməyə hazırdır, – Kassim bildirib.
Onun sözlərinə görə, bir çox liderlərini itirməsinə baxmayaraq, təşkilat Qəzza zolağı, Fələstin və Livana dəstəyini davam etdirəcək.
Qasim əlavə edib ki, yaxın vaxtlarda Hizbullahın yeni baş katibi seçiləcək.
Xuraman Etibarlı
İnterpress.az