Netanyahu Qalanta Vaşinqtona uçmağa icazə verməyib.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Bildirilir ki, İsrailin baş naziri Netanyahu müdafiə naziri Qalantı Vaşinqtona getməyə icazə verməyib.
Qeyd olunur ki, hökumət başçısı sonuncunun ABŞ-yə səfərini təsdiqləmək üçün iki şərt qoyub:
İsrailin baş naziri ilə prezident Bayden arasında telefon danışığı və ölkənin Nazirlər Kabineti tərəfindən Yəhudi Dövlətinin gələcək fəaliyyətinin təsdiqlənməsi.
Xatırladaq ki, Qalant bu gün ABŞ-yə uçmalı və oktyabrın 9-da amerikalı həmkarı Ostinlə görüşməli idi.
Xuraman Etibarlı
İnterpress.az