Netanyahu Suriya ilə razılaşmanın mümkün olduğunu açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. İsrailin Baş naziri Dəməşqdən ölkənin cənubuna qədər silahsızlaşdırılmış bufer zonasının yaradılmasını tələb edir.
İsrailin Baş naziri Binyamin Netanyahu bu gün Suriyadakı son toqquşmalar zamanı yaralanan israilli hərbçilərə baş çəkib.
Hökumət başçısı bəyan edib ki, Suriya tərəfindən Dəməşqdən ölkənin cənubuna qədər silahsızlaşdırılmış (demilitarizasiya olunmuş) bufer zonasının yaradılması gözlənilir.
O əlavə edib ki, İsrail ordusunun qüvvələri vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə həmin ərazilərdə qalmaqda davam edir.
“Xoş məram və bu prinsiplərin anlaşılması şərtilə suriyalılarla razılaşma əldə etmək mümkündür. Lakin hər bir halda biz öz prinsiplərimizdə israrlı olacağıq (prinsiplərimizdən dönməyəcəyik)”, – Netanyahu vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az






