Oktyabrın 25-də ABŞ-da silahlı hücumu həyata keçirən şübhəlinin meyiti tapılıbbackend

Oktyabrın 25-də ABŞ-da silahlı hücumu həyata keçirən şübhəlinin meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 25-də ABŞ-ın Men ştatında 18 nəfərin ölümü ilə nəticələnən silahlı hücuma görə məsuliyyət daşıyan Robert Kartın ölü tapıldığı açıqlanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ-ın Meyn polisi 18 nəfərin öldüyü, 13 nəfərin yaralandığı silahlı hücumda şübhəlinin 2 günlük təqibdən sonra ölü tapıldığını açıqlayıb.

Polis, Lewistonda bir təkrar emal müəssisəsinin yaxınlığında cəsədi tapılan Kartın kəllə sümüyünün güllə yarası ilə tapıldığını, özünü vurduğunu ifadə edib.

İstintaqın davam etdiyi və Kartın məsuliyyət daşıdığı 25 oktyabr hadisəsi, 2023-cü ildə ABŞ-da baş verən 567-ci hadisədir.

Atışmadan sonra ABŞ prezidenti Co Bayden respublikaçılardan hücum silahlarını qadağan edən qanun layihəsinin Konqresdən keçməsi tələbini təkrarlayıb.

Men Məlumat və Təhlil Mərkəzi, Kartın lisenziyalı odlu silah təlimatçısı olduğu və hərbi sahədə neft təchizatı mütəxəssisi kimi çalışdığı barədə məlumat yayıb.