“Ona insan, yazıçı demək olar?!” – Deputatdan sərt sözlərbackend

“Ona insan, yazıçı demək olar?!” – Deputatdan sərt sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz xalqlarının özünə məxsus xüsusiyyətləri var. Qafqazlılar hər zaman mərdliyi, qonaqpərvərliyi, milli dəyərlərə bağlılıqları ilə seçilirlər. Başqasının mülkünə göz dikmək, kəsilən çörəyə xilaf çıxmaq qafqazlılara yad xüsusiyyətlərdir. Bəs Qafqaz xalqı sayılan ermənilər niyə bu keyfiyyətlərdən məhrumdur? Ermənilər başqasının torpağına göz dikməyi, yediyi qaba tüpürməyi kimdən öyrəniblər?

“Ermənilər Qafqaz ərazisinə köçürüldüklərinə görə heç vaxt Qafqaz əhalisi olmayıblar. Qafqaz xalqlarına məxsus mərd, cəsarətli, igid xarakteri özlərində daşıya bilməzlər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tarixçi-deputat Anar İsgəndərov söyləyib:

“Ermənilər həyatları boyu göz yaşı tökməklə öz maraqlarını təmin edirlər və ya hansısa dövlətin qoltuğunun altını sevirlər. Ermənilər tarix boyu hansısa dövlətin maraqlarına qulluq göstərib, xidmət edib, həmin xidmət müqabilində kiçik bir pay alıblar.

Aleksandr Duma Qafqazda olarkən yazıb: “Qafqazda olan Azərbaycan əhalisi söz verdisə, onlardan yazılı sənəd almağa ehtiyac yoxdur, sözlərinin sahibidirlər. Ermənilər yazılı sənəd versələr belə,  onlara inanmayın”.

Cənubi Qafqaza kimlər gəlibsə, buranın köklü xalqı olan azərbaycanlılarla bağlı elə xarakterlər söyləyiblər ki, Qafqazda yaşayan digər xalqlarda belə həmin xüsusiyyətlər yoxdur.

Qonaqpərvərlik, böyüyə hörmət, kiçiyə qayğı, kasıba yardım etmək qanunda yoxdur, hər xalqa məxsus deyil. Azərbaycan xalqının isə xarakteridir, sanki anadan olan zaman həmin xarakterlə birlikdə doğulurlar.

Qəddarlıq, amansızlıq, vəhşilik isə ermənilərlə bağlıdır. Ermənilərin fəxr etdiyi “Ocaq” kitabının müəllifi Zori Balayan yazır: “7 dəqiqə ərzində 13 yaşlı türk qızının dərisini soydum, 7 dəqiqə sonra can verdi”.

Bu cümlənin müəllifinə insan demək, yazıçı demək olarmı!?

Bütün dünya tarixində azərbaycanlıların qəddarlığı ilə bağlı heç bir fikir yoxdur, ola bilməz. Harada azərbaycanlı varsa, orada xeyirxahlıq, səmimiyyət var. Qarnına yemək yeməyib ac olan insana yardım etmək var.

Ermənilər bu gün Cənubi Qafqazda yaşamış olsalar belə, onlar qafqazlı deyil”.