Orduda hərbçi ölümü qeydə alınmayıb – Ermənistan MNbackend

Orduda hərbçi ölümü qeydə alınmayıb – Ermənistan MN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusinda ölüm hadisəsi qeydə alınmayıb.

İnterpress.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

Nazirlik orduda hərbçilər arasında heç bir ölüm halının qeydə alınmadığını açıqlayıb.

Bildirilib ki, yayılan məlumatlarda qeyd olunan hadisə həlak olan şəxsin yaşadığı yerdə, heyvandarlıq fermasında baş verib.

Müdafiə Nazirliyinin məlumatına görə, hadisə zamanı şəxs xidməti vəzifələrinin icrasında olmayıb.

Buna görə də hadisənin hərbi xidmətlə əlaqəli olmadığı və orduda baş vermiş insident kimi təsnif edilə bilməyəcəyi bildirilib.

Aram Torosyan son vaxtlar mətbuatda yayılan bəzi məlumatların hərbi qulluqçuların mənəvi ruhuna və psixoloji vəziyyətinə mənfi təsir göstərdiyini qeyd edib.

Nazirlik bu cür məlumatların yayılmasının hərbçilər, onların valideynləri və yaxınları arasında əlavə gərginlik yaratdığını bildirib və məqsədli hücumlardan çəkinməyə çağırıb.

Xuraman Etibarlı

İnterpress.az