Özbəkistanda rusiyalı jurnalist naməlum maddədən zəhərlənərək ÖLÜBbackend

Özbəkistanda rusiyalı jurnalist naməlum maddədən zəhərlənərək ÖLÜB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda rusiyalı jurnalist zəhərlənərək ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Rusiyalı jurnalist İnessa Papernaya və onun yoldaşı Daşkənddə mehmanxana otağında ölü tapılıb.

“Rusiya Federasiyasının vətəndaşları 1979-cu il təvəllüdlü Maksim Radçenko və 1977-ci il təvəllüdlü Papernaya İnessa Viktorovna Mirabad rayonunda yerləşən mehmanxanada ölüblər”, – məlumatda deyilir.

Məhkəmə-tibb ekspertləri ölümün səbəbinin “naməlum etiologiyalı zəhərlənmə” olduğu qənaətinə gəliblər.

Baş Prokurorluqdan bildirilib ki, müstəntiqlər faktla bağlı “Təhlükəsizlik tələblərinə cavab verməyən işlərin görülməsi və ya xidmət göstərilməsi” maddəsi ilə cinayət işi açıblar.

Bundan başqa, 1976-cı il təvəllüdlü Özbəkistan vətəndaşı həmin otelin digər otağının hamamında ölü tapılıb. Araşdırma zamanı otel bağlanıb.

Məlumata görə, “Lenta” nəşri və “Profil” jurnalında çalışan jurnalist İnessa Papernaya Özbəkistana tətilə gəlib.

Oktyabrın 20-də axşam saatlarında “Karaman Palace” otelinin işçiləri jurnalisti və onun yoldaşını öz otağında həyat əlamətləri olmadan tapıblar.

İlkin versiyaya görə, ölümə hovuz təmizləndikdən sonra otelin havalandırma sisteminə daxil olan qazdan zəhərlənmə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az