Özbəkistanda yeni QƏRAR: Nağd ödənişlər LƏĞV EDİLDİbackend

Özbəkistanda yeni QƏRAR: Nağd ödənişlər LƏĞV EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda yeni avtomobil, ev və bir çox məhsulu nağd pulla almaq qadağan edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb. Ölkə “kölgə iqtisadiyyatı” ilə mübarizə çərçivəsində 2030-cu ilə qədər nağd ödənişləri minimuma endirməyi hədəfləyir.

Məlumata əsasən, Özbəkistanda dünyada ilk dəfə olaraq yeni avtomobil, mənzil, spirtli içki, tütün məmulatları və hətta içməli suyun nağd şəkildə alınması qadağan edilib.

Bundan əlavə, elektrik enerjisi, yanacaq, dövlət orqanlarının xidmətləri, eləcə də dəyəri 25 milyon somdan (təxminən 3 min 500 man) yuxarı olan hər hansı mal üçün nağd ödəniş etmək artıq mümkün olmayacaq.

Bu addımla ölkə rəhbərliyi “kölgə iqtisadiyyatı”na qalib gəlməyi və 2030-cu ilə qədər nağd ödənişlərdən istifadəni minimuma endirməyi planlaşdırır.

Xuraman Etibarlı

İnterpress.az