“Paramount” və “Warner Bros”un birləşməsinə qarşı 110 MİLYARD DOLLARLIQ MƏHKƏMƏbackend

“Paramount” və “Warner Bros”un birləşməsinə qarşı 110 MİLYARD DOLLARLIQ MƏHKƏMƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paramount Skydance” və “Warner Bros”un 110 milyard dollarlıq birləşməsinə qarşı məhkəmə iddiası qaldırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

ABŞ-ın bir qrup ştatının baş prokurorları “Paramount Skydance” və “Warner Bros Discovery” şirkətlərinin 110 milyard dollarlıq (təxminən 187 milyard manat) birləşmə sövdələşməsini bloklamaq üçün məhkəməyə müraciət ediblər. Onlar iddia edirlər ki, bu nəhəng birləşmə bazarda rəqabətə ziyan vuracaq, qiymətlərin artmasına və minlərlə iş yerinin itirilməsinə səbəb olacaq.

Kaliforniyanın baş prokuroru Rob Bontanın rəhbərlik etdiyi koalisiya məhkəmədən sövdələşməni dayandırmağı tələb edir. İddiaçılar hesab edirlər ki, bu addım azad və ədalətli bazar qaydalarının qorunması, eləcə də istehlakçıların maraqlarının müdafiəsi üçün vacibdir.

Qeyd edək ki, sözügedən məhkəmə iddiası ABŞ Ədliyyə Nazirliyinin sövdələşməyə rəsmi icazə verməsindən bir neçə həftə sonra qaldırılıb. Müqavilənin tam baş tutması üçün Böyük Britaniya və Avropa İttifaqının tənzimləyici qurumlarının da təsdiqi tələb olunur. “Paramount Skydance” isə bu birləşmənin rəqabət qabiliyyətini artıracağını iddia edir.

Xuraman Etibarlı

İnterpress.аz