“Artsax” ruslar tərəfindən bizə nəzarət etmək üçün yaradılmışdı.
İnterpress.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Qarabağ məsələsi Ermənistan üçün bir ip kimi istifadə edildi, o cümlədən bizim təhlükəsizliyimizi təmin edəcəyini düşündüyümüz ölkələr tərəfindən.
Onlar (Rusiya – red.) öz təhlükəsizliyinə belə zəmanət verə bilmirlər, bəs bizim təhlükəsizliyimizə necə təminat verə bilərlər?”, – o bildirib.
Daha sonra Paşinyan ABŞ-ni xilaskar kimi qələmə verib.
“ABŞ Qarabağı türklərə təslim etməklə Ermənistan və Azərbaycanın suverenliyini Rusiyanın manipulyasiyasından xilas etdi”, – Paşinyan qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az