Paşinyan: “Ermənistan Türkiyə ilə dialoqa dair müzakirələrə hazırdır”backend

Paşinyan: “Ermənistan Türkiyə ilə dialoqa dair müzakirələrə hazırdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti Türkiyə tərəfinin dialoqa dair təkliflərini müzakirə etməyə hazırdır.

Bunu parlamentdəki çıxışı zamanı ölkənin baş naziri Nikol Paşinyan bəyan edib.

Ermənistan KİV-in yaydığı məlumata görə, o, artıq bir sıra beynəlxalq tərəfdaşların bu dialoqda vasitəçilik təklifi etdiyini bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Paşinyan hökumətin iclasında Türkiyə tərəfindən qarşılıqlı dialoq üçün gələn müsbət işarələri gördüyünü və Ermənistanın bu təşəbbüslərə pozitiv cavab vermək niyyətində olduğunu qeyd etmişdi.

Məlumat üçün bildirək ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində səylərin davam etdirilməsi barədə müddəa Ermənistan hökumətinin beş illik planında da öz əksini tapıb.