Paşinyan: Sülh müqaviləsi layihəsində beynəlxalq diplomatik təcrübədən naməlum heç nə yoxdurbackend

Paşinyan: Sülh müqaviləsi layihəsində beynəlxalq diplomatik təcrübədən naməlum heç nə yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sülh müqaviləsi layihəsində beynəlxalq diplomatik təcrübədən naməlum heç nə yoxdur.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə deyib.

O, “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryanın sülh sazişinin bəndlərinin məxfi saxlanılması ilə bağlı sözlərinə cavab verib.

Paşinyan bildirib ki, təklif olunan sülh müqaviləsinin məzmunu ictimaiyyətə açıqlanıb.

“Mən dəfələrlə bu məqamlar barədə danışmışam, burada məxfilikdən söhbət gedə bilməz, sadəcə diplomatik düzgünlük məsələsi var. Mən orada yazılanları burada oxuya bilmərəm, Azərbaycan üçün bu düzgün olmayacaq.

Yəni sülh müqaviləsi layihəsində beynəlxalq diplomatik təcrübədən naməlum heç nə yoxdur”, – Paşinyan qey6d edib.

Xuraman Etibarlı

İnterpress.az