Paşinyandan orduya şok təlimat: “Azərbaycan tərəfinə…”backend

Paşinyandan orduya şok təlimat: “Azərbaycan tərəfinə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “Hraparak” qəzeti maraqlı iddia ilə bağlı məlumat yayıb.

nəşr Ermənistanın hərbi-siyasi komandanlığının bir sıra faktları cəmiyyətdən gizlətdiyini yazıb:

“Noyabrın 16-da sərhəddə Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş verən qarşıdurma ilə bağlı müxtəlif şeylər yazılır. Amma bir çox suallara hələ cavab verilməyib. Nə qədər qurbanımız, nə qədər yaralı, əsir və ya itkinimiz var?

Dünən Ermənistan Müdafiə Nazirliyi həlak olan 6 hərbçinin adını açıqlasa da, əldə etdiyimiz məlumata görə, onların sayı daha çoxdur. Əlaqənin kəsildiyi və ya itkin düşən 20-dən çox hərbçidən olduğunu nəzərə alsaq, saylarının açıqlanacağı da istisna edilmir. Hərbçilərin ölüb-qaldığı məlum deyil, ən azı cəsədləri üzə çıxmayana qədər itkin düşmüş hesab olunacaqlar”.

“Hraparak” qəzeti Ermənistan rəhbərliyinin Silahlı Qüvvələrə Azərbaycan tərəfinə atəş açmamaq əmri verdiyini yazıb:

“Nikol Paşinyan sonradan bunu təkzib etsə də, o, bir neçə gün əvvəl şəxsən özü əmr verdiyini demişdi. Hesab edirik ki, geri çəkilmək, demək olar, atəş açmamaqla eynidir”.