Paşinyanın təyyarəsi nəhayət Moskvaya enib.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan “Facebook” hesabında məlumat yayıb.
Ermənistanın Baş nazirinin təyyarəsi Moskva hava məkanının bağlanması səbəbindən paytaxta dərhal enə bilməyib.
Məlumata əsasən, cümə axşamına keçən gecə Nikol Paşinyanın hökumət təyyarəsi Moskvanın hava məkanının müvəqqəti bağlanması səbəbindən planlaşdırılan vaxtda eniş edə bilməyib.
Təyyarə məcburiyyətdən Sankt-Peterburqa yönləndirilib və “Pulkovo” hava limanına enib. Səhər saatlarında isə Baş nazir səfərini davam etdirərək Moskvaya yola düşüb və artıq Rusiya paytaxtına çatıb.
Qeyd olunur ki, N.Paşinyan Moskvada Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında, eləcə də elm və texnologiya sahəsində əməkdaşlıq üzrə beynəlxalq konfransda iştirak edəcək.
Xuraman Etibarlı
İnterpress.az






