Pilotsuz təyyarə sınaq uçuşu zamanı yeraltı tunel AŞKARLADI – FOTObackend

Pilotsuz təyyarə sınaq uçuşu zamanı yeraltı tunel AŞKARLADI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kapadokiyada yerli pilotsuz təyyarənin sınaq uçuşu zamanı yeraltı tunel tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Türkiyənin Nevşehir vilayətinin Göreme bölgəsində Assuva müdafiə şirkətinin istehsalı olan Proton Elic BNR Kop-50 pilotsuz təyyarəsinin sınaq uçuşu həyata keçirilib.

Tədbir zamanı iştirakçılara şirkətin istehsal etdiyi müxtəlif qurğular təqdim olunub və yeni pilotsuz uçan aparatın imkanları nümayiş olunub.

Pilotsuz aparat “Sehrli Kamin” (Pəribacaları) ərazisində uçarkən yeraltı çəkiliş aparatı sayəsində yeni tunel aşkar edib.

Şirkətin idarə heyətinin sədri Remzi Başbuğ jurnalistlərə bildirib ki, pilotsuz təyyarənin İstanbuldakı şirkətdə kütləvi istehsalına başlanılacaq.

Xuraman Etibarlı

İnterpress.az