Polis əməliyyat keçirdi, saxta əskinaslar götürüldübackend

Polis əməliyyat keçirdi, saxta əskinaslar götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Qusar Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Kazımov mağazasına gələn şəxslərin alış-veriş edib, 1 ədəd 100 dollarlıq saxta əskinas verməsini bildirib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər – Gəncə şəhər sakinləri – Q.Mahmudova və əvvəllər məhkum olunmuş S.Əliyev, əvvəllər məhkum olunmuşlar – Bakı şəhər sakinləri – E.Həsənov, O.Məmmədov və Sumqayıt şəhər sakini G.Eynullayeva saxlanılıblar.

Onlardan ümumilikdə 70 ədəd 100 dollarlıq saxta əskinas götürülüb.

 

 

İnterpress.az