Polis istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq etdi – FOTObackend

Polis istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının təmin olunması məqsədilə rayon ərazisində tədbirləri davam etdirir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları rayon ərazisində yerləşən istirahət mərkəzlərinə baş çəkib, həmin obyektlərin sahibləri ilə maarifləndirici söhbətlər aparıblar.

Operativ qərargahın tələb və tövsiyələrinə istirahət mərkəzlərində də ciddi riayət edilməsinin vacibliyi həmin sahibkarların diqqətinə çatdırılıb. İnsanların bir yerə toplaşmasının qarşısının alınması, qapalı məkanlarda tibbi maskalardan istifadə edilməsi, eləcə də, digər sosial izolyasiya qaydalarının təmin olunmasının zəruriliyi onlara bildirilib.