Polisdən qaçan sürücü piyadanı VURDU: Qadının ayağı AMPUTASİYA EDİLDİ – VİDEObackend

Polisdən qaçan sürücü piyadanı VURDU: Qadının ayağı AMPUTASİYA EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrkutskda polisdən qaçan sürücü piyada keçidində qadını vurub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın İrkutsk vilayətində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Yol patrul xidməti avtomobilindən qaçmağa çalışan sürücü idarəetməni itirərək sürətlə piyada keçidinə daxil olub və orada yolu keçən 51 yaşlı qadını vurub.

Güclü zərbənin təsirindən qadın ağır bədən xəsarətləri alıb.

Yaralı qadın təcili tibbi yardım briqadası tərəfindən dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, zərərçəkmiş qadının ayağının bir hissəsi amputasiya edilib.

Faktla bağlı cinayət işi başlanılıb, qaçan sürücü saxlanılıb və araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az