Polşa qunduzlara qarşı “müharibə” elan edib.
İnterpress.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. Bildirilir ki, Polşanın cənubunda baş verən irimiqyaslı daşqınlar fonunda respublikanın baş naziri Donald Tusk qunduzlarla mübarizəni elan edib.
“Bəzən heyvan sevgisi ilə şəhərlərin, kəndlərin təhlükəsizliyi və bəndlərin sabitliyi arasında seçim etməlisən”, – o deyib.
Hökumət başçısı böhran qərargahının iclasında bildirib ki, ölkənin hakimiyyət orqanları gəmiricilərin məskunlaşdığı ərazilərə nəzarət etməyə və həmçinin onların bəndlərə dəyməsinin qarşısını almaq yollarını nəzərdən keçirəcək. Tədbir internetdə yayımlanıb.
Xuraman Etibarlı
İnterpress.az