Polşada minlərlə fermer Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı siyasətinə və Ukraynadan ucuz taxıl və ərzaq məhsullarının idxalına etiraz edib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Paytaxt Varşavada minlərlə fermer kənd təsərrüfatı siyasətləri səbəbiylə yaşadıqları problemlərə diqqət çəkmək üçün nümayiş keçirib.
Fermerlər traktorlarını evdə qoyub baş nazir Donald Tuskun ofisinə getmək məqsədi ilə piyada gediblər.
Ukraynadan gələn taxıl və ərzaq məhsullarının daxili bazarda dəyərini aşağı saldığını bildirən fermerlər bu məhsulların idxalının dayandırılmasını tələb ediblər.
Fermerlər bəyan ediblər ki, hökumət Aİ-nin Yaşıl Sövdələşmə proqramından çıxmalıdır.